ABŞ Prezidenti Donald Trampın siyasi instinktləri ilə bağlı narahatlıqların artmasına baxmayaraq, bir çox respublikaçı və Ağ Ev rəsmisi onu məhdudlaşdırmaq cəhdlərindən böyük ölçüdə əl çəkib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Axios”un məlumatına görə, Trampın yaxın çevrəsində onun qərarlarına qarşı çıxmaq əvəzinə istəklərinə uyğun hərəkət etmək meyli güclənib.
Uzun müddətdir Trampın məsləhətçisi olan şəxslərdən biri vəziyyəti belə ifadə edib: “Niyə buna çalışaq ki? O, rəhbərdir”.
ABŞ-da keçiriləcək aralıq seçkiləri ilə bağlı Respublikaçılar arasında narahatlığın artdığı bir vaxtda Ağ Ev əməkdaşlarının Trampın “şıltaqlıqlarına göz yumduğu” bildirilir. Respublikaçılardan bir donor isə mövcud vəziyyəti belə xarakterizə edib: “Nə istəyirsə, onu da əldə edir”.
Bununla belə, Trampın siyasi təsirinin zəiflədiyi fikrini onun yaxın çevrəsində qəbul etmirlər. Məsləhətçilərdən biri xəbərdarlıq edib: “Trampı kiçik görməyin təhlükəsi böyükdür”.
Onun sözlərinə görə, Tramp prezidentlik müddəti başa çatdıqdan sonra da “siyasi baxımdan dominant fiqur” olaraq qalacaq.
Jalə
























