image-5836993390472532775backend

Avropanın yeni nəsil qırıcı təyyarə layihələri böhranla üzləşib

Avropanın yeni nəsil döyüş təyyarəsi hazırlamaq planları ciddi problemlərlə üzləşib. Fransa və Almaniyanın birgə həyata keçirdiyi layihə iyun ayında “Dassault” və “Airbus” şirkətləri arasında layihəyə kimin rəhbərlik edəcəyi ilə bağlı illərdir davam edən fikir ayrılıqlarından sonra faktiki olaraq dağılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bundan əlavə, Fransanın “Safran” və Almaniyanın “MTU” şirkətləri birgə mühərrik hazırlamaq üzrə əməkdaşlığı da dayandırıblar.

Fransa bundan sonra öz döyüş təyyarəsini hazırlayacağını açıqlayıb. “Dassault” şirkəti 2031-ci ilə qədər nümayiş modeli hazırlamağı planlaşdırır. Lakin bəzi ekspertlər bunun tamamilə yeni altıncı nəsil gizli texnologiyalı qırıcıdan daha çox “Super Rafale”yə bənzəyəcəyini düşünürlər.

Bu vəziyyətdə Almaniyanın Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi “Tempest” proqramına kiçik tərəfdaş kimi qoşulmaq variantını nəzərdən keçirdiyi bildirilir.

Sənaye nümayəndələri hesab edirlər ki, Avropa üç rəqib qırıcı təyyarə layihəsini maliyyələşdirə bilməz və hətta iki layihənin belə maliyyələşdirilməsi çətin ola bilər.

Məsləhətçilərdən biri layihə ilə bağlı açıq şəkildə “Bunun üçün sifariş portfeli yoxdur” deyib.

“Leonardo” şirkətinin baş direktoru isə Almaniyanın “güclü maliyyə tərəfdaşı” kimi layihəyə qoşulmasını alqışlayıb, lakin yeni iştirakçının prosesə əlavə edilməsi nəticəsində gecikmələrin yarana biləcəyini etiraf edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki