image-5936053774612893228backend

Avropa liderləri Trampın siyasətindən narahatdır – Reuters

2026-cı ilin yanvar ayının sonlarında, yeni ilin başlamasından cəmi üç həftə sonra Avropa liderləri Brüsseldə qapalı formatda fövqəladə görüş keçiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, reuters-in məlumatına görə, görüşdə köməkçilər, mobil telefonlar və media nümayəndələri iştirak etməyib. Liderlər ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatları və Vaşinqtonun dəyişən xarici siyasət kursu fonunda narahatlıqlarını açıq şəkildə bölüşüblər.

Müzakirələrin əsas mövzusu isə əvvəllər təsəvvür edilməsi çətin olan bir sual olub: ABŞ artıq etibarlı müttəfiq olmasa, Avropa buna necə hazırlaşmalıdır?

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron “artıq geriyə dönüş yoxdur” qənaətinə gəlib. Liderlərin əksəriyyəti Avropanın strateji baxımdan daha müstəqil olması ilə razılaşıb.

Bununla yanaşı, İtaliyanın Baş naziri Ciorcia Meloni Donald Trampla hələ də konstruktiv dialoq aparmağın mümkün olduğunu müdafiə edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki