Alyaska sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, yeraltı təkanlar saat 05:11-də Alyaskanın Nikolskoye yaşayış məntəqəsindən 86 kilometr cənub-qərbdə qeydə alınıb.
Mütəxəssislərin bildirdiyinə görə, zəlzələnin ocağı 25,4 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Jalə
























