Almaniya Fransanın döyüş meydanı üçün hazırladığı “Arcadia” süni intellekt sisteminin ABŞ-dən asılılığı Fransa ilə əvəzləyə biləcəyindən narahatdır.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniyanın daxili sənədlərində “Arcadia” ilə əməkdaşlığın ölkənin suveren məlumat inteqrasiyası platformasının yaradılması üzrə milli səylərə xələl gətirməməli olduğu qeyd edilir.
Hər iki ölkə NATO-nun 2025-ci ildə aldığı “Palantir” şirkətinin “Maven” sisteminə alternativ yaratmaq istəyir. Lakin tərəflər layihəyə kimin rəhbərlik etməsi məsələsində razılığa gələ bilmirlər.
“Arcadia” sistemi tamamilə Fransanın müdafiə texnologiyalarına əsaslanır. Layihədə “Mistral AI”, “Safran”, “Thales” və “Airbus” şirkətlərinin texnologiyalarından istifadə olunur.
Avropa Komissiyası isə Fransanın layihə üçün maliyyələşmə tələblərini rədd edib. Komissiya layihənin ümumi Avropa marağına cavab verən layihə statusuna uyğun olmadığını bildirib.
Məlumata görə, Almaniya bununla paralel olaraq öz süni intellekt və məlumat inteqrasiyası platformasını hazırlayır.
Qeyd olunur ki, Fransa və Almaniya arasında fikir ayrılıqları yeni deyil. İki ölkənin birgə yeni nəsil qırıcı təyyarə layihəsi də liderlik və texnologiyaya nəzarət məsələləri ilə bağlı oxşar mübahisələr səbəbindən uğursuzluğa düçar olub.
Jalə
























