Viktor Orban bildirib ki, Avropa İttifaqı və Ukrayna Macarıstanı Rusiya enerji təchizatından məhrum edə bilməyəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Kiyev və Brüssel Macarıstan seçkilərinə müdaxilə etməyə çalışır və hökuməti devirmək istəyir. Orbánın sözlərinə görə, onlar Macarıstanı Rusiya enerjisindən imtina etməyə, Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyə, maliyyə yardımı göstərməyə və ya müharibəyə qoşulmağa məcbur edə bilməzlər.
Baş nazir əlavə edib ki, Macarıstanın gələcəyini yalnız ölkə xalqı müəyyən etməlidir. O, daha əvvəl də Kiyevin enerji ilə bağlı tələblərini qəbul etməyəcəklərini vurğulamışdı.
Rauf
























