Avropa İttifaqı və Kanada ticarət, müdafiə, təhlükəsizlik, kosmos, elmi tədqiqatlar, təchizat zəncirləri və kritik faydalı qazıntıları əhatə edən genişmiqyaslı yeni tərəfdaşlıq üzərində çalışırlar.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər ABŞ və Çindən asılılıqlarını azaltmaq məqsədilə əməkdaşlığı mümkün qədər genişləndirmək istəyirlər. Bununla belə, Kanada Aİ-yə üzv olmadan tərəflərin hüquqi baxımdan mümkün olan ən sıx inteqrasiyaya nail olması planlaşdırılır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təşəbbüsü sentyabrın 16-da açıqlaması gözlənilir. Kanadanın Baş naziri Mark Karni isə növbəti gün Avropa Parlamentində çıxış edəcək.
Rauf
























