leyenbackend

Aİ Ukraynaya pilotsuz sistemlər üçün 3,9 milyard avro ayırır

Avropa İttifaqı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə qabaqcıl pilotsuz sistemlərin alınması üçün 3,9 milyard avro ayıracağını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, bu vəsait Ukraynanın hərbi texnologiyalar və müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Leyen əlavə edib ki, Avropa İttifaqı tərəfindən Ukraynaya göstərilən hərbi dəstəyin davam etdirilməsi planlaşdırılır və yaxın dövrdə əlavə dəstək tədbirlərinin də həyata keçirilməsi nəzərdə tutulur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki