kallasbackend

Aİ rəsmisi: Ukraynaya 8,47 milyard avro yardım krediti ayrılıb

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukraynaya dəstək krediti çərçivəsində ilk mərhələdə 8,47 milyard avro vəsait ayrılıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  Ukraynaya əlavə 6,1 milyard avronun ayrılması da təsdiqlənib. Bu vəsaitin bir hissəsinin Ukraynanın xüsusilə ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərinə yönəldilməsi nəzərdə tutulur.

Kallas həmçinin Aİ-nin indiyədək tətbiq edilən ən genişmiqyaslı sanksiya siyahılarından birini hazırladığını qeyd edib.

“Ukraynaya daha çox dəstək və Moskvaya daha çox təzyiq bu müharibəni başa çatdırmağın ən sürətli yoludur”, – deyə Kallas bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki