image-5956133910657830623backend

Aİ 2026-cı ilin ilk yarısında Rusiyadan rekord həcmdə mayeləşdirilmiş təbii qaz idxal edib

Avropa İttifaqı 2026-cı ilin ilk altı ayında Rusiyanın Yamal LNG zavodundan rekord həcmdə – 9,89 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Financial Timesın məlumatına görə, Aİ ölkələri 2027-ci ilin yanvarında qüvvəyə minəcək Rusiya LNG-si üzrə uzunmüddətli idxal qadağasından əvvəl müəssisənin istehsal etdiyi qazın demək olar ki, hamısını satın alıblar.

Məlumata əsasən, ən böyük alıcılar Fransa, Belçika və İspaniya olub. Bu isə Rusiyaya qarşı sanksiyalara və Ukraynadakı müharibəyə baxmayaraq, Avropanın hələ də Rusiya mənşəli mayeləşdirilmiş təbii qazdan əhəmiyyətli dərəcədə asılı qaldığını göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki