image-pain-in-mouth-min-925x425backend

Ağrıkəsici qəbul etdi, dünyasını dəyişdi

Türkiyənin Qəhrəmanmaraş şəhərində diş ağrısını kəsmək üçün dərman qəbul edən 42 yaşlı Hayri Kul vəfat edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Hayri Kul şiddətli diş ağrısına görə evdə olan ağrıkəsici dərmanı qəbul edib.

Dərmanı içdikdən qısa müddət sonra onun halı qəfil pisləşib və yerə yıxılıb. Yaxınları dərhal Təcili Yardım Xidmətinə məlumat veriblər. Lakin həkimlərin səylərinə baxmayaraq, onun ürək dayanması nəticəsində həyatını itirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ərgün Hüseynli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki