image-5924871582444621320backend

ABŞ Polşanı xəbərdar edib: Rusiya NATO-nu sınağa çəkmək üçün təxribat hazırlaya bilər

ABŞ Polşanı Rusiyanın yaxın aylarda NATO-nun reaksiyasını yoxlamaq məqsədilə məhdud hərbi təxribat həyata keçirə biləcəyi barədə xəbərdar edib.

İNFOAZ.MEDİA-nın Polşanın Onet nəşrinə istinadən yaydığı məlumata görə, mümkün ssenarilər arasında kritik infrastrukturun raket və ya pilotsuz uçuş aparatları ilə vurulması, kiber və hibrid hücumlar, eləcə də Kalininqrad və ya Belarus istiqamətindən “təsadüf” kimi təqdim ediləcək kiçik sərhəd insidenti yer alır.

Polşa və Baltik ölkələrinin təhlükəsizlik mənbələri bildirirlər ki, belə bir addımın əsas məqsədi NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə səbəb olmadan böhran yaratmaq və Qərb müttəfiqlərinə Ukraynaya hərbi dəstəyi azaltmaq və ya dayandırmaq üçün təzyiq göstərməkdir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki