Metyu Uitakerbackend

ABŞ-ın NATO-dakı səfiri: Müttəfiqlər Türkiyə kimi olmalıdır

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Türkiyənin alyans daxilində mühüm rol oynadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, O, Fox News-a açıqlamasında Türkiyənin NATO qarşısındakı öhdəliklərinə ciddi yanaşdığını və həm öz təhlükəsizliyi, həm də müttəfiqlərinin təhlükəsizliyi üçün fəal fəaliyyət göstərdiyini qeyd edib.

Uitaker bildirib ki, ABŞ və NATO ölkələri Türkiyə ilə münasibətlərin daha da gücləndirilməsində maraqlıdır.

Səfir həmçinin Türkiyənin müdafiə sənayesinə diqqət çəkərək qeyd edib ki, alyans üzvləri bu sahədə Türkiyəni nümunə götürməlidir. Onun sözlərinə görə, Türkiyə hazırda gəmiqayırma zavodlarında eyni anda 50 gəmi istehsal etmək gücünə malikdir.

“Bütün müttəfiqlərin daha sürətli hərəkət etməsini təmin etməliyik”, – deyə ABŞ rəsmisi əlavə edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki