image-christopher-landau-visasbackend

ABŞ Hindistana mesaj verdi: Çinlə etdiyimiz səhvi təkrarlamayacağıq

ABŞ dövlət katibinin müavini Kristofer Landau Vaşinqtonun Hindistanla iqtisadi münasibətlərdə Çinlə keçmişdə buraxdığı səhvləri təkrarlamaq niyyətində olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Landau qeyd edib ki, Hindistan bunu başa düşməlidir və ABŞ bundan sonra bazarların inkişafı ilə bağlı qərarlar qəbul edərkən ilk növbədə öz milli maraqlarını nəzərə alacaq.

“Çinlə 20 il əvvəl etdiyimiz kimi davranmayacağıq. ‘Qoy bütün bu bazarları inkişaf etdirəsiniz’ deyib, sonradan bir çox kommersiya sahəsində bizdən üstün olmağınızla nəticələnən səhvi təkrarlamayacağıq”, – deyə o bildirib.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton atacağı bütün addımların Amerika xalqı üçün ədalətli olmasına çalışacaq. O əlavə edib ki, necə Hindistan hökuməti öz vətəndaşları qarşısında məsuliyyət daşıyırsa, ABŞ hökuməti də ilk növbədə Amerika xalqının maraqlarına cavabdehdir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki