image-wr-960-7backend

ABŞ hakimiyyəti UFO sənədlərini dərc etməyə hazırlaşır

ABŞ-da yadplanetlilərin mövcudluğu məsələsi yenidən gündəmə gəlib. Məsələni ilk olaraq ABŞ-ın keçmiş prezidenti Barak Obama qaldırıb. Onun ardınca hazırkı prezident Donald Tramp da bu barədə açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ hökuməti yadplanetlilər, naməlum uçan obyektlər (UNO) və naməlum anomal hadisələrlə bağlı bəzi materialları ictimaiyyətə təqdim etməyə başlayacaq. O qeyd edib ki, bu mövzu ABŞ-da böyük maraq doğurub.

Prezidentin sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar aparılacaq və mövcud sənədlərin açıqlanmasına nəzarət ediləcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki