NEFTbackend

ABŞ-da neft ehtiyatları 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb

ABŞ-da neft ehtiyatlarının kəskin azalması nəticəsində ölkənin xam neft və neft məhsulları üzrə ümumi inventarları 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı münaqişəsi və Hörmüz boğazında neft daşımalarının pozulması qlobal enerji bazarında ciddi gərginlik yaradıb.

Bildirilir ki, tədarükün azalması və artan ixrac tələbi fonunda ABŞ Avropa və Asiya ölkələrinə alternativ neft axını təmin etmək üçün ixracı artırıb. Eyni zamanda, qiymət artımını nəzarətdə saxlamaq məqsədilə Strateji Neft Ehtiyatından (SPR) milyonlarla barrel neft bazara buraxılıb.

Məlumata görə, ABŞ ehtiyatlarının sürətlə azalması qlobal enerji bazarında təzyiqi artırır və xüsusilə Yaxın Şərqdə davam edən gərginlik fonunda qiymətlərin yüksəlməsi riskini daha da gücləndirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki