ABŞ-da dizel yanacağının orta qiyməti ilk dəfə bir qallon üçün 5,85 dollara yüksələrək rekord həddə çatıb. Bahalaşma İran müharibəsinin qlobal yanacaq təchizatını pozması fonunda baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Associated Press-in məlumatına görə, dizel qiymətlərinin artması yükdaşıma və çatdırılma xərclərini yüksəldir. Bu isə yaxın zamanda ərzaq və digər istehlak mallarının qiymətlərinin artmasına səbəb ola bilər.
Beynəlxalq neft bazarında da qiymətlər yüksəlib. Brent markalı neftin bir barreli 95 dollardan yuxarı satılır. Müharibədən əvvəl isə bu göstərici təxminən 70 dollar olub.
Dizel yanacağı kənd təsərrüfatı texnikası, yük maşınları, qatarlar və digər nəqliyyat vasitələrində geniş istifadə olunduğundan, bahalaşmanın tədarük zəncirinə və nəticədə istehlak qiymətlərinə təzyiqi artıracağı gözlənilir.
Jalə
























