ABŞ Ədliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) Vaşinqtonun məhkəmənin apardığı araşdırmalarla əməkdaşlıq etməyəcəyini rəsmi şəkildə bildirdiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşları üzərində yurisdiksiya iddiasını qəbul etmir və bu səbəbdən məhkəmənin istintaq proseslərinə dəstək verməyəcək.
Vaşinqton uzun illərdir ki, BCM-nin ABŞ vətəndaşları və hərbçiləri üzərində hüquqi səlahiyyətə malik olmadığı mövqeyini müdafiə edir.
ABŞ administrasiyası hesab edir ki, ölkə məhkəmənin təsis sənədi olan Roma Statutuna qoşulmadığı üçün BCM-nin ABŞ vətəndaşları üzərində hüquqi yurisdiksiyası yoxdur.
Jalə
























