Nyu-York merliyinə namizəd Zohran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Məmdani bildirib ki, insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin şəhərdə rəsmi şəkildə qarşılanmasını dəstəkləmir.
“Biz insanlığa qarşı cinayətlərdə ittiham olunan bir şəxsdən danışırıq. Netanyahu bu şəhərə dəfələrlə gəlib və əvvəlki merlər tərəfindən qarşılanıb. Mən bunu açıq şəkildə demək istəyirəm: Bu, mənimlə sona çatacaq. Benyamin Netanyahunu və ya hər hansı digər müharibə cinayətlərində ittiham olunan şəxsi bu şəhərdə qarşılamayacağam”, – deyə Məmdani bildirib.
Jalə
























