ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin və Kiyevə təhlükəsizlik zəmanətlərinin eyni vaxtda imzalanmasını istəyir. Lakin Ukrayna prezidenti Vladimir Zelenski bu yanaşma ilə razılaşmır.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bildirib ki, təhlükəsizlik zəmanətləri məsələsi hələ də əsas mübahisə mövzusudur. Onun sözlərinə görə, tərəflər sülhə aparan addımların ardıcıllığı ilə bağlı fikir ayrılığı yaşayırlar.
Tramp sülh sazişi və Ukraynaya ABŞ və Avropa ölkələri tərəfindən veriləcək təhlükəsizlik zəmanətlərinin eyni mərasimdə imzalanmasını təklif edir. Zelenski isə əvvəlcə təhlükəsizlik zəmanətlərinin ABŞ Konqresi tərəfindən razılaşdırılıb təsdiqlənməsinin vacib olduğunu vurğulayır.
Jalə
























