image-1790062699_2-768x403backend

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub.

Hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Etibar Abbasov hadisə yerində həyatını itirib.// Unikal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki