İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, jurnalistlərin, o cümlədən İran prezidentinin media komandasının fəaliyyətinə mane olmaq həqiqəti gizlətmək və dezinformasiya kampaniyasını gücləndirmək cəhdidir.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəqai ABŞ administrasiyasının hətta bəyənmədiyi amerikalı jurnalistlərin də girişini məhdudlaşdırdığını və xarici müxbirlərin fəaliyyətinə mane olduğunu iddia edib.
“Bir vaxtlar Dəmir pərdəni dağıtmaqla fəxr edən bir ölkə indi özünün yaratdığı pərdənin arxasında dayanır”, – deyə o qeyd edib.
Rauf
























