BMT-nin baş katibi Antonio Quterreş dünyada dərin geosiyasi parçalanmanın hökm sürdüyünü və bunun BMT Təhlükəsizlik Şurasının fəaliyyətini iflic etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Biz dramatik geosiyasi parçalanma ilə üz-üzəyik və bu, Təhlükəsizlik Şurasını iflic edir. Supergüclərin özləri də bəzi hallarda beynəlxalq hüquqa zidd şəkildə müharibələr aparırlar”, – deyə Quterreş bildirib.
O qeyd edib ki, bu vəziyyət cəzasızlıq mühiti yaradır və orta gücə malik dövlətlər heç bir nəticə ilə üzləşməyəcəklərini düşünərək istədiklərini edə biləcəklərinə inanırlar.
Quterreşin sözlərinə görə, müharibələrin sayı artır və münaqişələr getdikcə daha mürəkkəb xarakter alır.
Rauf
























