image-valeri-zalujnibackend

Zalujnı: “Rusiya Ukraynanın istifadə etdiyi bütün silahlara qarşı əks tədbir tapıb”

Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş Komandanı Valeri Zalujnı bildirib ki, Ukrayna 2026-cı ildə NATO arsenalında olan demək olar ki, bütün əsas silah növlərindən istifadə edib və onların tətbiqi üzrə müvafiq doktrinaları həyata keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Zalujnının sözlərinə görə, Ukrayna yalnız “Tomahawk” raketləri, nüvə silahları, təyyarədaşıyan gəmilər və F-35 qırıcıları kimi NATO arsenalındakı bəzi sistemlərdən istifadə etməyib.

O bildirib ki, Rusiya Ukraynanın istifadə etdiyi bütün bu silahlara qarşı əks tədbirlər hazırlayıb.

Zalujnı qeyd edib ki, proses HIMARS sistemlərindən başlayıb. Onun sözlərinə görə, məhz HIMARS Ukrayna Silahlı Qüvvələrinə Xerson vilayətini azad etmək imkanı verib:

“Nə deyilməsindən asılı olmayaraq, Xerson vilayətini HIMARS azad etdi.”

Zalujnı həmçinin bildirib ki, “Bohdana” haubitsaları və Fransanın “CAESAR” artilleriya sistemləri İlan adasının azad edilməsində mühüm rol oynayıb.

Onun sözlərinə görə, Xersonun azad edilməsindən cəmi bir ay sonra HIMARS sistemlərinə qarşı effektiv əks tədbirlər ortaya çıxıb və həmin sistemlər əvvəlki effektivliyini itirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki