image-1709530941_20210202_ypex_londonbackend

Yunanıstan müdafiə xərclərini tənqid etdi: 270 milyard avroluq sərmayənin iqtisadi effekti zəif olub

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, ölkə 2004-cü ilə qədər milli müdafiə sahəsinə 270 milyard avrodan çox sərmayə yatırsa da, bunun iqtisadi geri dönüşü məhdud qalıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirin sözlərinə görə, müdafiə sənayesi ekosisteminin ölkənin ÜDM-inə töhfəsi ötən illərdə 0,5 faizi keçməyib ki, bu da turizm sektorunun göstəricisindən 20–30 dəfə azdır.

O qeyd edib ki, belə nəticə müdafiə investisiyalarında yanlış yanaşmanın olduğunu göstərir və hazırda hökumət həmin səhvləri düzəltmək üçün addımlar atır.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki