Bu gün Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Faciə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində həyata keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilib, yüzlərlə insan yaralanıb, 1 000-dən çox sakin isə girov götürülüb.
Xocalı soyqırımı Qarabağ müharibəsinin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşüb və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
Rauf
























