İranın Ali Rəhbəri Əli Xamenei ölkənin xarici siyasəti ilə bağlı mühüm açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı mesajda bildirib ki, İranın siyasəti “sionist-Amerika düşməninə qarşı Müqaviməti dəstəkləməyə” davam etməkdir.
Xamenei vurğulayıb ki, bu istiqamət İranın strateji kursunun əsas hissəsi olaraq qalır və regiondakı proseslər fonunda dəyişməz mövqedir.
Qeyd edək ki, Tehran rəhbərliyi uzun müddətdir Yaxın Şərqdə müxtəlif qüvvələri “Müqavimət oxu” çərçivəsində dəstəklədiyini bəyan edir.
Rauf

























