Ukrayna Silahlı Qüvvələrinin sabiq Baş Komandanı Valeri Zalujnı gələcək müharibələrdə robot və avtonom sistemlərin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zalujnının sözlərinə görə, gələcəkdə Avstraliyada bir şəxsin sadəcə iki düyməyə basması ilə robotlar, məsələn, Polşanın bütün enerji infrastrukturunu məhv edə bilər.
O, bu texnologiyaları “ortaya çıxmış yeni nüvə silahı” adlandıraraq belə sistemlərin nüvə silahlarından belə daha qorxulu ola biləcəyini bildirib.
Zalujnı vurğulayıb ki, söhbət müharibə apara bilən maşınlardan gedir.
Rauf
























