ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Benfold” idarəolunan raket esminesi iyulun 24-də generatorun sıradan çıxması nəticəsində Cənubi Çin dənizində dörd gün ərzində tamamilə enerjisiz qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, təxminən 300 nəfərlik heyət ekstremal isti şəraitdə tualet, kondisioner, mətbəx və su sistemlərindən istifadə edə bilməyib.
Enerjisiz qalan gəmi bir müddət hərəkətsiz vəziyyətdə qalıb. Daha sonra yedək gəmiləri “Benfold”u Filippindəki Subik körfəzinə aparıb və burada gəminin enerji təchizatı bərpa olunub.
Bu müddətdə aviadaşıyıcı qrupundakı digər hərbi gəmi “Benfold”un heyəti üçün bişmiş yeməklər təmin edib.
Məlumata görə, bu, 2026-cı ildə Hind-Sakit okean regionunda enerji təchizatında ciddi nasazlıq yaşayan ikinci ABŞ esminesidir.
Rauf
























