image-180711-a-yg824-001backend

Ukrayna Hərbi Hava Qüvvələrindən mediaya xəbərdarlıq

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat ölkə mediasını “heç bir raket vurulmadı” kimi başlıqlardan istifadə etməməyə çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İhnat bildirib ki, bu cür başlıqlar birbaşa Rusiya təbliğatının maraqlarına xidmət edir. O, eyni zamanda problemin mövcud olduğunu etiraf edib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın ballistik raketlərinə qarşı mübarizədə əsas sistem hesab olunan “Patriot” raketlərinin ələkeçiricilərinin çatışmazlığı ilə üzləşir. Ölkənin tərəfdaşlarından gözlənilən yeni tədarüklər isə hələ həyata keçirilməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki