Ukraynaya məxsus kamikadze dronlar Rusiyanın Xəzər dənizində yerləşən “Rakushnoye” və “Yuri Korçagin” neft-qaz hasilat platformalarına zərbələr endirib.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum cəbhə xəttindən 1000 kilometrdən çox məsafədə həyata keçirilib. Dronların idarə olunmasında Starlink peyk internet sistemindən istifadə edildiyi bildirilir.
Qeyd olunur ki, platformalarda yüngül hava hücumundan müdafiə sistemləri mövcud olsa da, hücumun qarşısı alınmayıb.
Rauf
























