image-mixail-fedorovbackend

Ukrayna 3-6 aya Rusiyaya ballistik raket zərbəsi endirə bilər – sabiq nazir

Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorov bildirib ki, Kiyev qarşıdakı 3-6 ay ərzində yerli istehsal olan ballistik raketlərlə Rusiya ərazisinə zərbə endirmək imkanına sahib ola bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Fedorov CBS News-a müsahibəsində Ukraynanın ilk yerli ballistik raketini ilin sonunadək Rusiyaya qarşı istifadə edə biləcəyini deyib.

Onun sözlərinə görə, Ukrayna hazırda uzaqmənzilli PUA-lar və qanadlı raketlərdən istifadə edir, lakin ballistik raketlər daha sürətli olduğundan onların qarşısının alınması daha çətin ola bilər.

Fedorov qeyd edib ki, Ukraynanın ballistik raket proqramı onun müdafiə naziri olduğu dövrdə sürətləndirilib. İyun ayında Ukraynanın “Fire Point” şirkəti ballistik raket sınağı keçirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki