image-skydrive_tokyo-demo-flight_1-1536x864backend

Uçan avtomobil sınaqdan keçirildi

Yaponiyanın “SkyDrive” şirkətinin hazırladığı uçan avtomobil Tokioda sınaq uçuşu həyata keçirib. Şirkətin yaydığı məlumata görə, nümayiş uçuşu “Tokio Big Sight” sərgi kompleksinin qapalı məkanından başlayaraq dəniz istiqamətində davam edib.

İNFOAZ.MEDİA xəbər verir ki, gələcəkdə bu tip nəqliyyat vasitələri üçün xüsusi eniş-qalxma meydançaları şəhər binalarının damlarında, iri ticarət mərkəzlərinin dayanacaqlarında və qatar stansiyalarının qarşısında quraşdırıla bilər.

Şirkət qeyd edib ki, aparat yüksək manevr qabiliyyətinə və sabit qanadlı modellərlə müqayisədə daha kompakt gövdəyə malikdir. Bu isə damlarda tələb olunan port sahəsinin daha kiçik olmasına imkan verəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki