Mahmud Abbasbackend

Mahmud Abbas: “İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində yaşamaq istəyirik”

Fələstin Prezidenti Mahmud Abbas antisemitizm, irqçilik və nifrətlə mübarizə apardıqlarını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Abbas qeyd edib ki, Fələstin sülh, dialoq və birgəyaşayış mədəniyyətinə inanır.

O, qanunun aliliyinə və insan hüquqlarına hörmət edən demokratik, qeyri-militarlaşdırılmış Fələstin dövləti qurmaq istədiklərini vurğulayıb.

Abbasın sözlərinə görə, belə bir dövlət İsraillə yanaşı təhlükəsizlik və sülh şəraitində yaşamalıdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki