Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla münasibətlər barədə açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə Yunanıstanın düşməni deyil, onun qonşusu və NATO çərçivəsində müttəfiqidir.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər seçki materialına çevriləcək qədər həssas və vacibdir.
“Yunanıstanın daxili siyasətinə qarışmaqda maraqlı deyilik. Yunanıstanda seçkilər keçirilir, hökumətlər dəyişir, müxalifət dəyişir. Bunlar bizim narahatlığımız deyil”, – deyə Ərdoğan bildirib.
Rauf
























