tramp imzabackend

Tramp onlarla ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp administrasiyası bu həftə, qüvvədə olan müvəqqəti 10 faizlik qlobal gömrük rüsumunun cümə günü başa çatmasından əvvəl onlarla ölkəyə qarşı yeni tariflər elan etməyə hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, Financial Times-ın məlumatına görə, yeni tariflərin əksəriyyətinin təxminən 10 faiz səviyyəsində saxlanılması gözlənilir.

Bununla yanaşı, administrasiya daha yüksək gömrük rüsumlarının tətbiqi üçün hüquqi əsas yarada biləcək bir sıra araşdırmalar da aparır. Bu araşdırmaların nəticəsindən asılı olaraq bəzi ölkələrə qarşı daha sərt tariflərin tətbiqi mümkün ola bilər.

Yeni tariflərin qlobal ticarətə və ABŞ-ın əsas ticarət tərəfdaşları ilə münasibətlərinə təsir göstərəcəyi gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki