ABŞ prezidenti Donald Tramp İran müharibəsi ilə bağlı mövqeyindən narazı qaldığı üçün Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard barədə ciddi qərar verməyi nəzərdən keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumata görə, Tramp qapalı müzakirələr zamanı Qabbardın kifayət qədər dəstək göstərmədiyini düşünərək onun loyallığını sorğulayıb və məsləhətçilərindən onun vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması ilə bağlı fikir istəyib.
Lakin Trampın siyasi məsləhətçisi Rocer Ston prosesə müdaxilə edərək bu qərarın qarşısını alıb. Ston bildirib ki, Qabbard sadiq fiqurdur və onun işdən çıxarılması həm mənfi ictimai rəy yarada, həm də onu potensial siyasi rəqib kimi gücləndirə bilər.
Nəticədə, Tramp bu addımdan geri çəkilib və Qabbard vəzifəsində qalıb.
Jalə
























