ABŞ Prezidenti Donald Tramp ölkə üzrə məlumat mərkəzlərinin (Data Center) tikintisinə qarşı etirazları tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ-dakı icmaların məlumat mərkəzlərini istəməməsi üçün yeganə səbəb onların “geridə və yoxsul qalmaq” istəməsidir.
Onun sözlərinə görə, icmalar uğurlu və varlı olmaq, daha aşağı vergilər və çoxsaylı iş yerləri əldə etmək istəyirlərsə, məlumat mərkəzlərinin inkişafına şərait yaratmalıdırlar.
Tramp həmçinin xəbərdarlıq edib ki, məlumat mərkəzlərinin qarşısı alınarsa, onların tikintisi üçün başqa yerlər seçiləcək:
“Qızıl yumurtlayan toyuğu öldürsək, bunun məsuliyyəti yalnız öz üzərinizdə olacaq”.
Tramp əlavə edib ki, Çinin ABŞ-da məlumat mərkəzlərinə qarşı hərəkatın başlamasından “son dərəcə məmnun olduğunu” və bunun baş verdiyinə inanmadığını bildirib.
Rauf
























