Donald Tramp Macarıstanda keçirilən seçkilərlə bağlı açıqlamasında ölkənin baş naziri Viktor Orbán haqqında müsbət fikirlər səsləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Orban onun dostudur və onu “yaxşı insan” kimi xarakterizə edib. O qeyd edib ki, Macarıstan lideri miqrasiya siyasətində uğurlu addımlar atıb.
ABŞ prezidenti əlavə edib ki, Orban ölkəyə nəzarətsiz miqrasiyanın qarşısını alaraq “ölkəsini qoruyub”, bəzi Avropa ölkələrini isə bu məsələdə tənqid edib. Xüsusilə, Italiya ilə bağlı müqayisə apararaq bildirib ki, bu ölkə miqrasiya məsələsində daha zəif mövqe nümayiş etdirib.
Jalə
























