ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münasibətlərində gərginliyin artdığı bir vaxtda Ottavaya qarşı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ Kanadadan gələn məhsullardan asılı deyil və alternativ mənbələr tapa bilər:
“Onların bizim mütləq ehtiyac duyduğumuz heç nəyi yoxdur. Biz bunun öhdəsindən gələ bilərik. Bir neçə şey var ki, onların olmaması müəyyən narahatlıq yarada bilər, amma bunları başqa yerdən əldə edə bilərik. Artıq Kanadaya bunu daha edə bilməyəcəyini öyrətməyin vaxtıdır.”
Trampın açıqlaması ABŞ və Kanada arasında ticarət danışıqlarının nəticəsiz başa çatmasından sonra səslənib. ABŞ Kanada mallarına yeni 50 faizlik tariflər tətbiq edib, Kanada isə buna cavab olaraq ABŞ-dan idxal olunan təxminən 20 milyard dollar dəyərində məhsula eyni məbləğdə tariflər tətbiq etmək qərarına gəlib.
Rauf
























