trampbackend

Tramp: İranla danışıqlara tələsmirəm – “Vaxt cədvəlim yoxdur”

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bərpasına tələsmədiyini və bunun üçün konkret vaxt çərçivəsi olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bu barədə “Al Jazeera”ya müsahibəsində deyib.

“Heç bir vaxt cədvəlim yoxdur, tələsmirəm”, – deyə Tramp İranın danışıqlar masasına nə vaxt qayıtmasının gözlənildiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp həmçinin İrana qarşı iqtisadi təzyiq və hərbi zərbələrin hər ikisini effektiv hesab etdiyini bildirib. O, İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu və ölkədə çoxsaylı etirazçıların öldürüldüyünü də qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki