image-tramp_ghbackend

Tramp: İran çox sayda etirazçını öldürür

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini ölkədəki etirazçılara qarşı sərt davranmaqda və çox sayda insanı öldürməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bu barədə “Al Jazeera”ya müsahibəsində danışıb.

“İran öz xalqı ilə çox pis davranır, çoxlu sayda, çoxlu sayda etirazçını öldürür”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, İranın iqtisadi vəziyyəti ağırdır və ölkədə inflyasiya yüksək səviyyədədir. Tramp Vaşinqtonun həm iqtisadi, həm də hərbi təzyiq vasitələrini təsirli hesab etdiyini deyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki