ABŞ Prezidenti Donald Tramp CIA direktoru Con Retkliffin Rusiyaya səfərinin Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində nəticə verə biləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp qeyd edib ki, ABŞ müharibənin başa çatdırılması üçün səylərini davam etdirir:
“CIA direktorunun Rusiyaya səfərindən nəsə nəticə çıxa bilər. Biz bu müharibəni sona çatdırmaq üçün çox çalışırıq. Açığı, həm Putin, həm də Zelenski bu mərhələdə müharibənin başa çatmasını istəyirlər.”
Retkliffin Moskvaya səfəri avqustun 25-də baş tutub. Kremlin məlumatına görə, CIA direktoru Rusiya kəşfiyyat xidmətlərinin nümayəndələri ilə görüşüb, lakin Prezident Vladimir Putinlə görüşməyib. Putin görüşlər barədə məlumatlandırılıb.
Jalə
























