Donald Tramp administrasiyası Ağ Ev kompleksində ümumi dəyəri ən azı 927 milyon dollar olan tikinti və yenidənqurma işləri həyata keçirməyi planlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, “Washington Post”un məlumatına görə, layihələrə Ağ Evin Şərq qanadında bal zalının tikintisi, təhlükəsizlik sistemlərinin gücləndirilməsi, ziyarətçilərin yoxlanılması üçün yeni obyekt və helikopter meydançasının inşası daxildir.
Məlumata görə, layihələrin maliyyələşdirilməsi üçün təxminən 875 milyon dollar adətən ildə cəmi 2,5 milyon dollar vəsait alan texniki xidmət hesabına yönləndirilib.
Bu vəsaitin federal köçürmələr və özəl ianələrin kombinasiyası hesabına təmin edildiyi bildirilir.
Jalə
























