image-20250208_asp002backend

TƏCİLİ! Çin Tayvana bu tarixdə hücum edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) texnologiya şirkətlərini Çinin 2027-ci ildə Tayvana mümkün hücumu ilə bağlı xəbərdar edib. 

İNFOAZ.MEDİA xəbər verir ki, təhlükəsizlik rəsmiləri qapalı brifinqlərdə Apple, Advanced Micro Devices və Qualcomm rəhbərlərinə bildiriblər ki, Pekin Tayvanı nəzarətə götürmək üçün planlar hazırlayır. Qeyd olunub ki, mümkün blokada adada istehsal olunan mikroçiplərin ixracını dayandıra və ABŞ texnologiya sektoruna ciddi zərbə vura bilər.

Həmçinin vurğulanıb ki, prezidentlər Co Bayden və Donald Tramp vəziyyəti dəyişməyə çalışsalar da, Amerika şirkətləri hələ də çip tədarükündə alternativ mənbələrə keçməyə tələsmirlər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki