Suriyanın Şərq Bölgəsi üzrə müdafiə nazirinin müavini Sipan Hamo bildirib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) və Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının rəsmi şəkildə ləğv edilməsi yaxın günlərdə elan olunacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, Hamonun sözlərinə görə, SDQ-nin Suriyadakı rolu artıq “başa çatıb”. O, həmçinin vurğulayıb ki, “bir dövlət daxilində iki idarəetmə ola bilməz”.
Məlumata görə, SDQ tərkibindən formalaşdırılan dörd briqada artıq Suriya ordusuna inteqrasiya edilib. Bu birləşmələrin Kobani, Həsəkə, Qamışlı və Dərikdə yerləşdiyi bildirilir.
Jalə
























