image-publicbackend

Sudan ordusu daha bir CH-95 PUA-nı havada məhv edib

Sudan ordusunun Bayraktar Akıncı pilotsuz uçuş aparatı BƏƏ tərəfindən dəstəklənən Çevik Dəstək Qüvvələrinə (RSF) aid olduğu bildirilən Çin istehsalı CH-95 pilotsuz uçuş aparatını havada vurub.

İNFOAZ.MEDİA xəbər verir ki, bu gün Sudan ordusunun məhv etdiyi ikinci CH-95 PUA-dır. Akıncı ilə CH-95 arasında hava-hava qarşıdurmasının baş verdiyi bildirilir.

Sudan müharibəsində son aylarda pilotsuz aparatların istifadəsi və PUA-lar arasında hava döyüşləri əhəmiyyətli dərəcədə artıb. Sudan ordusunun Akıncı PUA-larından istifadə etdiyi və RSF-nin Çin istehsalı CH-95-lərə malik olduğu daha əvvəl də bildirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki