İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Hüseyn Möhəbbinin sözlərinə görə, İran raketləri idarəolunma və uçuş zamanı istiqamət dəyişdirmə imkanları əldə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Möhəbbi bildirib ki, İranın raketləri artıq sadəcə bir nöqtədən buraxılıb başqa nöqtəyə düşən silahlar deyil. Onun sözlərinə görə, bəzi raketlər uçuş zamanı trayektoriyasını dəyişərək düşmənin hava hücumundan müdafiə sistemlərindən yayınmaq imkanına malikdir.
General əlavə edib ki, bəzi raketlər hətta uçuşun ortasında ikinci dərəcəli hədəfə yönləndirilə bilər.
Jalə
























