İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ prezidenti Donald Tramp ilə bağlı sosial mediada diqqətçəkən paylaşım edib.
İNFOAZ.MEDİA xəbər verir ki, paylaşımda İsrailin baş naziri Benyamin Netanyahu və maliyyə qalmaqalları ilə tanınan Cefri Epşteyn ilə bağlı redaktə edilmiş görüntülərdən istifadə olunub. SEPAH Trampa ünvanladığı mesajda Hörmüz boğazı ilə bağlı istehzalı və təhqiramiz ifadələr işlədib.
Bəyanatda həmçinin qeyd olunub ki, regionda baş verən proseslər fonunda ABŞ və müttəfiqlərinin mövqeyi tənqid olunur. Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tərəflər arasında informasiya müharibəsinin davam etdiyini göstərir.
Rauf
























