image-5937a592-6e60-4f95-910d-3a1ded51d0c7backend

Səhiyyə naziri və Əhməd İsmayılov Nuraninin vida mərasimində

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

İNFOAZ.MEDİA report-a istinadən xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki